Bank Of Baku

Bu il Azərbaycanın İKT sektoruna 135 mln. dollar sərmayə yatırılıb

Bu il Azərbaycanın İKT sektoruna 135 mln. dollar sərmayə yatırılıb
# 10 noyabr 2008 14:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 25 mln. manat həcmində investisiya qoyuluşu həyata keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu müddətdə ümumilikdə telekommunikasiya və poçt sektoruna 108,8 mln. manat (təxminən 135 mln. ABŞ dolları) sərmayə yatırılıb. Bu isə ölkə üzrə ümumi iqtisadiyyata yönəldilmiş investisiyanın 1,7%-ni təşkil edir.
Hesabat dövründə RİTN-in strukturuna daxil olan birlik və müəssisələr 141,4 mln. manat proqnoza qarşı 159,1 mln. manat gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% çoxdur. Bu müəssisələr tərəfindən dövlət büdcəsinə 21,3 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna isə 8,4 mln. manat vəsait ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR