Bank Of Baku

Beynəlxalq İpək Yolunun Naxçıvan ərazisindən keçən hissəsi yenidən qurulur

Beynəlxalq İpək Yolunun Naxçıvan  ərazisindən keçən hissəsi yenidən qurulur
# 12 noyabr 2008 08:04 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Beynəlxalq İpək Yolunun Naxçıvan Muxtar Respublikası ərazisindən keçən hissəsi yenidən qurulur. APA-nın yerli bürosunun məlumatına görə, yolun muxtar respublika ərazisindən keçən 140 kilometrlik hissəsinin beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində Naxçıvan-Sədərək magistralında Naxçıvan şəhərinin girəcəyindən Kəngərli rayonunun Xok kəndinə qədər olan 21 kilometr hissəsində tikinti işləri yekunlaşıb.

Bu hissədə yol yatağının eni 2 dəfə artırılaraq 21 metrə çatdırılıb. Tikinti tədbirləri magistral yol üzrə ümumilikdə 88 kilometr məsafədə aparılacaq, yol boyu işıqlandırma dirəkləri quraşdırılacaq. Hər iki tərəfdən genişləndirilən yolda eyni vaxtda 4 avtomobil hərəkət edə biləcək.

Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında “Ümid” körpüsündən Naxçıvan şəhərinə qədər olan yol yatağının genişləndirilməsi başa çatdıqdan sonra, növbəti mərhələdə Sədərək-İqdır sərhəd keçid məntəqəsindən Culfa(Naxçıvan) - Culfa (İran) sərhəd keçid məntəqəsinə qədər olan yol yatağı genişləndiriləcək. Yenidənqurma işlərinin 2009-cu ilin sonlarına qədər tamamlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR