Bank Of Baku

Dünya Bankının ekspertləri Azərbaycanda özbaşına tikililərlə bağlı vəziyyəti öyrənir

Dünya Bankının ekspertləri Azərbaycanda özbaşına tikililərlə bağlı vəziyyəti öyrənir
# 12 noyabr 2008 08:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya Bankının (DB) ekspertləri Azərbaycanda DB-nin maliyyə dəstəyi ilə həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində özbaşına tikililərlə bağlı vəziyyəti öyrənməyə başlayıblar. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan hökuməti üçün müvafiq təkliflərin hazırlanması məqsədilə pilot ərazidə - Abşeron və Binəqədi rayonlarının bəzi yaşayış massivlərində özbaşına tikililərin texniki inventarlaşdırılmasının aparılması nəzərdə tutulub.
Hazırda DB-nın «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» ilə bağlı Azərbaycanda səfərdə olan missiyası tərkibində bu sahə üzrə mütəxəssislər də təmsil olunub. Onlar indiyə qədər Bosniya, Serbiya, Qazaxıstan və s. ölkələrdə qanunsuz tikililər probleminin öyrənilməsində yaxından iştirak ediblər.
Abşeron rayonunda olan xarici ekspertlər Abşeron rayon İcra Hakimiyyətində görüş keçiriblər. Daha sonra ekspertlər vəziyyətlə əyani tanışlıq üçün Abşeron rayonunun özbaşına tikililərin xüsusilə çoxluq təşkil etdiyi bəzi yaşayış massivlərində olublar. Enerji-kommunikasiya xətlərinin mühafizə zolaqlarında, insan həyatı və sağlamlığı baxımından təhlükə doğuran ərazilərdə qanunsuz tikinti işlərinin aparılması vəziyyətinə ümumi baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR