Oktyabrda Azərbaycanın təkrar avtomobil bazarında aktivlik əvvəlki aylara nisbətən artıb
Oktyabrda təkliflə yanaşı tələbdə də artım qeydə alınıb (4,5%). Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında da artım müşahidə olunub ki, bu da öz növbəsində bağlanan əqdlərin çoxalmasına (5,2%) təsir edib. Lakin buna baxmayaraq, ay ərzində bazarda orta qiymət dəyişməz qalıb və 21 min ABŞ dollarına bərabər olub.
Ötən ay avtomobillərin ekspozisiya müddəti daha 2 gün artaraq 66 günə çatıb. Buna müvafiq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi nisbətən aşağı düşüb. Bütün bunlar isə tədricən rəqabətə davam gətirə bilməyən xırda alverçilərin bazardan çıxmasına təsir göstərməkdə davam edir.
Oktyabr ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 6 minə qədər avtomobilin cəmi 40%-ə qədəri bazara məhz oktyabr ayında çıxarılıb. Qalan 60%-i isə əvvəlki aylardan qalan avtomobillərdir.
İki ildən artıqdır ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası - «Mercedes-Benz»in təklif üzrə payında son 8 ayda qeydə alınan 12,8%-lik geriləmə oktyabrda artımla əvəz olunub (1,5%). Ümumilikdə «Mercedes»in təklif portfelində payı 34,7%-ə bərabərdir (ilin əvvəlində bu göstərici 46%-dən artıq olub). Araşdırmalar göstərir ki, son vaxtlar alıcıların əksəriyyəti ili yeni olan avtomobillərə üstünlük verməyə başlayıb. Bu səbəbdən, artıq 1990-1998-ci illərin istehsalı olan «Mercedes» markalı avtomobillərə tələb xeyli azalıb.
İkinciliyi saxlayan BMW-nin təklif üzrə payı dəyişməz qalıb, «Opel» isə ilk üçlüyü qapayır (7,8%). Sonrakı yerləri «Toyota» (6,7%), «Hyundai» (5,7%), Nissan (3,3%), «Mitsubishi» (3,6%), «Volkswagen» (2,8%) tuturlar. Rusiya istehsalı olan VAZ avtomobillərinin təkrar bazardakı təklif üzrə payı 7,1%-dən 4,6%-ə enib. Ümumilikdə, bu 9 markanın təklif üzrə payı 82,5% təşkil edib. Qalan 17,5% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.
Araşdırmanın digər bir seqmenti olan avtomobillərin ban tipinə gəldikdə isə son ayların araşdırmaları bazarda «Ofrouder» tipli avtomobillərə maraq göstərənlərin sayının artdığından xəbər verir. Xüsusilə də qış aylarının yaxınlaşması nəticəsində bazarda bu seqmentə maraq bir qədər də artıb (26,2%). Son ayların araşdırmalarına əsasən, artıq ilkin bazardakı alıcıların təxminən 1/3-i «ofrouder»ə maraq göstərir. Bu tipin alıcıları ümumi alıcıların 26%-dən çoxunu təşkil edir.
İnfrastruktur
Taksi sürücülərinin qeydiyyatı zamanı məlumatların yoxlanılması avtomatlaşdırılır
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib
ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
Eyüp Vural Aydın: Dünyada infrastruktur investisiyaları üzrə 49 trilyon dollarlıq maliyyə ehtiyacı var
Xəbər Lenti
Milli Məclisin iclası başlayıb
Bu il aksizli mallarla bağlı 1072 hüquqpozma faktı aşkarlanıb, 97 min manatdan çox cərimə tətbiq olunub
FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Konstitusiya Məhkəməsi borc müqaviləsinə dair parlamentə tövsiyə ünvanlayıb
Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var
“AzerGold”da qvineyalı nazirlə görüş keçirilib
AIIB-in baş direktoru: Orta Dəhliz üçün növbəti 3 ildə 28 mlrd. dollara ehtiyac var
APA TV-də XƏBƏRAPARAN - CANLI
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
Oğuzda narkotik satışı ilə bağlı 4 nəfər saxlanılıb
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub
Azərbaycan nefti 80 dollara ticarət olunub
MCDF: Orta Dəhliz qlobal ticarətdə strateji əhəmiyyətini artırır
Nazir müavini: Azərbaycan Orta Dəhliz və nəqliyyat şəbəkəsini gücləndirmək üçün böyük infrastruktur layihələrini sürətləndirir
Təkrar keçiriləcək buraxılış imtahanında 365 nəfərin iştirakı nəzərdə tutulur
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında təbii qazın dəyəri azalıb
Dünya bazarlarında neft ucuzlaşıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
DÇ-26: Meksika Cənubi Koreyanı məğlub edib
Peruda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 20 nəfər yaralanıb
ABŞ ordusu narkotik daşıdığı bildiriliən gəmiyə zərbə endirib
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
DÇ-2026: Kanada Qətərə acımadı
Nyu-Yorkda atışma baş verib, bir nəfər saxlanılıb
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb
Uitkoff: İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
ABŞ Livan siyasətçilərinin adını sanksiyalar siyahısına əlavə edib
Ağdamda avtomobil 4 piyadanı vurub
Makron ABŞ-İsrail-İran müharibəsinin bitmədiyinə inandığını deyib
Tramp: ABŞ İsrail, Livan və “Hizbullah” arasında atəşkəs gözləyir
Moskvadakı ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb
Astarada avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına dair videomaterial paylaşılıb
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
ABŞ ordusu: İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokada qaldırılıb
ABŞ İranla razılaşmaya uzaqmənzilli raketlərin qadağan edilməsini də daxil etmək istəyir
Türkiyə MTŞ-də Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub
Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib