Bank Of Baku

Azərbaycanda biliyə əsaslanan inkişaf üzrə SPECA layihəsinin işçi qrupunun iclası keçirilir

Azərbaycanda biliyə əsaslanan inkişaf üzrə SPECA layihəsinin işçi qrupunun iclası keçirilir
# 12 noyabr 2008 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda biliyə əsaslanan inkişaf üzrə SPECA layihəsinin işçi qrupunun iclası keçirilir.
«APA-Economics»in məlumatına görə, iclasda Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak edir. Tədbir çərçivəsində biliklərə əsaslanan inkişaf üzrə SPECA layihəsinin işçi qrupunun dairəsinin təsdiq olunması, subregional əməkdaşlığın təşkili və dünya iqtisadiyyatına inteqrasiya olunması, SPECA layihəsinin üzv ölkələri arasında iqtisadi əməkdaşlığın yaxşılaşdırılması, gələn il üçün tədbirlər planı və bir sıra digər məsələlər müzakirə olunur.
Qeyd edək ki, SPECA BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün nəzərdə tutduğu xüsusi layihədir. Layihənin üzv ölkələri siyahısına Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR