Bank Of Baku

Azərbaycanın milli süni peyki «AzerSpace» adını daşıyacaq

Azərbaycanın milli süni peyki «AzerSpace» adını daşıyacaq
# 12 noyabr 2008 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Yerin orbitinə çıxaracağı süni milli rabitə peyki «AzerSpace» adını daşıyacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyindən (İB) məlumat verilib.
«Azərbaycan 2010-cu ilin sonunda və ya 2011-ci ilin əvvəlində orbitə süni milli rabitə peykini çıxaracaq. Hazırda Azərbaycanın televiziya kanalları müxtəlif xarici peyklərdən yayımlanır. Milli peyk orbitə çıxarılandan sonra isə kanallar bu peyk vasitəsi ilə yayımlana biləcək», - deyə İB-dən bildirilib.
Qeyd edək ki, dünyada süni peykin buraxılması layihəsinin icrası 100-160 mln. ABŞ dollarına başa gəlir. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR