Bank Of Baku

«Bakcell» şirkəti iki ildən sonra WiMax xidməti göstərməyə başlayacaq

«Bakcell» şirkəti iki ildən sonra WiMax xidməti göstərməyə başlayacaq
# 12 noyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ikinci mobil rabitə operatoru olan «Bakcell» şirkəti 2010-cu ildən abunəçilərinə WiMax xidməti göstərməyə başlayacaq. Bu barədə «APA-Economics»ə «Bakcell» şirkətindən məlumat verilib.
«Hazırda biz bu texnologiyanı sınaqdan keçiririk ki, İnternetin sürəti 16 Mbt/saniyə təşkil edir. Gələn il isə biz bu sistemin tətbiqinə dair işləri başa çatdıracağıq və İnternetin sürəti 70 Mbt/saniyəyə çatdırılacaq», - deyə «Bakcell»dən bildirilib.
Qeyd edək ki, WiMax xidməti 3G, adi İnternet və Wi-Fi texnologiyalarını dəfələrlə üstələyir. WiMax texnologiyasının sınaq tətbiqinə şirkət 2006-cı ildə başlayıb və artıq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən müvafiq lisenziya alıb. Şirkət 1994-cü ildə fəaliyyətə başlayıb və hazırda 1,2 mln. abunəçiyə xidmət göstərir. Ümumilikdə isə Azərbaycandakı üç mobil rabitə operatorunun abunəçi bazası 5,4 mln-dan artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR