Bank Of Baku

«Ultra» şirkəti iri müəssisələrdə idarəetmənin avtomatlaşdırılması üçün yeni proqram təminatı hazırlayıb

«Ultra» şirkəti iri müəssisələrdə idarəetmənin avtomatlaşdırılması üçün yeni proqram təminatı hazırlayıb
# 12 noyabr 2008 11:27 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Azərbaycanın «Ultra» şirkəti noyabrın 11-14-də Bakıda keçirilən «Bakutel-2008» beynəlxalq sərgisində ERP sistemlərinə aid olan «Microsoft Dynamics NAV» proqram təminatını təqdim edib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, həmin proqram inkişaf perspektivləri, işçilərin sayının artırılması, müştəri bazasının genişləndirilməsinə çalışan və vahid idarəetmə sisteminə tələbatı olan iri müəssisələrdə idarəetmə və uçotun avtomatlaşdırılması üçün nəzərdə tutulub.
Proqram biznesin təhlili, distribütorluq, elektron ticarət, xidmət, müştərilərlə əlaqənin yaradılması imkanı və s. funksiyaları cəmləşdirir. Proqram təminatının dəyəri müəssisənin miqyasından asılı olaraq 2-4 min manat diapazonunda dəyişir.
Qeyd edək ki, «Ultra» şirkəti 1999-cu ildən fəaliyyət göstərir. Şirkət ABŞ-ın «İntel» Korporasiyasından premyer-provayder statusu alıb. Müxtəlif kompüter, noutbuk və digər texnika buraxan şirkət yeni məhsullar hesabına bu il istehsalını 30% artırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR