Bank Of Baku

“Akkord” Şirkətlər Qrupunun Yasamal rayonunda inşa etdiyi yaşayış binasının açılış mərasimi keçirilib

“Akkord” Şirkətlər Qrupunun Yasamal rayonunda inşa etdiyi yaşayış binasının açılış mərasimi keçirilib
# 12 noyabr 2008 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün “Akkord” Şirkətlər Qrupunun Yasamal rayonunda inşa etdiyi yaşayış binasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Yeni Yasamal, 2 ünvanında yerləşən 1 bloklu, 22 mərtəbəli, 220 mənzilli binanın açılış mərasimində “Akkord İnşaat-Sənaye” ASC-nin İdarə Heyətinin sədri Neylan Uyar deyib ki, yaşayış binası müasir planlaşdırma, maraqlı holl dizaynı, gözəl fasadı ilə seçilir. Sutka boyu mühafizə olunacaq bina yeraltı dayanacağa, səssiz liftə, müasir telekommunikasiya və havalandırma sisteminə də malikdir. Yasamal rayon bələdiyyəsinin sədri Zakir Cəfərov, yeni mənzil sahibi, şirkətin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva və digərləri tikilinin inşasında əməyi olan insanlara, mənzil sahiblərinə xoş arzularını bildiriblər. Tədbirin sonunda isə şirkət tərəfindən hər bir mənzil sahibinə elektrik mətbəx sobası hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR