Bank Of Baku

Azərbaycanın ərazisi 2015-ci ilədək tam rəqəmsal televiziya ilə əhatə olunacaq

Azərbaycanın ərazisi 2015-ci ilədək tam rəqəmsal televiziya ilə əhatə olunacaq
# 12 noyabr 2008 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi (İB) 2015-ci ilədək ölkə ərazisinin 100%-ni rəqəmsal televiziya ilə əhatə etmək niyyətindədir. Bu barədə «APA-Economics»ə İB-dən məlumat verilib.
«Hazırda rəqəmsal televiziyaya keçidlə bağlı işlər aparılır və artıq 1 paketdə 4 yerli televiziya kanalının yayımlanmasının sınaq işlərinə başlamışıq», - deyə «Teleradio» İB-dən bildirilib.
Bundan başqa, artıq gələn ildən etibarən Bakı və Abşeron yarımadasında analoq efir yayımından rəqəmsal yayıma keçid başlanacaq: «Özəl kanallar istəsələr həmin vaxt analoq yayımından rəqəmsal yayıma keçə biləcək».
Qeyd edək ki, Bakıda rəqəmsal yayıma keçid üçün sınaq işlərinə hələ 2004-cü ilin sentyabrından başlanılıb. Azərbaycanda rəqəmsal yerüstü efir yayımı üç mərhələdə həyata keçiriləcək. Rəqəmsal yayıma keçidin birinci mərhələsi 2008-2010-cu, ikinci mərhələsi 2011-2013-cü, üçüncü mərhələsi isə 2014-2015-ci illəri əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR