Bank Of Baku

«Azercell» şirkəti ilin sonunadək abunəçilərin sayını 4 mln-a çatdırmaq niyyətindədir

«Azercell» şirkəti ilin sonunadək abunəçilərin sayını 4 mln-a çatdırmaq niyyətindədir
# 13 noyabr 2008 06:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti 2008-ci ilin sonunadək abunəçilərin sayını daha 14,3% artırmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə «Azercell»dən məlumat verilib.
«Hazırda bizim abunəçilərin sayı 3,5 mln. təşkil edir ki, cari ilin sonunadək bu rəqəmin 4 mln. olacağı proqnozlaşdırılır», - deyə şirkətdən bildirilib.
Perspektivdə 3G texnologiyasının tətbiqinə gəldikdə isə, «Azercell»dən qeyd olunub ki, şirkət bu texnologiyanı istifadəyə verməyə artıq tam hazırdır və Azərbaycan Rabitə və İnformasiya Texnologiyası Nazirliyindən müvafiq lisenziyanın verilməsini gözləyir: «Lisenziya şirkətə təqdim olunan kimi 3G texnologiyası abunəçilərin istifadəsinə veriləcək».
Qeyd edək ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir ki, onların abunəçilərinin ümumi sayı 5,6 mln-a bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR