Bank Of Baku

Azərbaycanın Naxçıvan MR-nın bütün ərazisi gələn il CDMA rabitə şəbəkəsi ilə təmin olunacaq

Azərbaycanın Naxçıvan MR-nın bütün ərazisi gələn il CDMA rabitə şəbəkəsi ilə təmin olunacaq
# 13 noyabr 2008 06:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının (MR) ərazisi tam şəkildə CDMA rabitə şəbəkəsi ilə təmin ediləcək. Bu barədə «APA-Economics»ə Naxçıvan MR-nın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat verib.
Nazirin sözlərinə görə, bu şəbəkənin təşkili üçün artıq MR-da 15 baza stansiyası qurulub. Şəbəkə muxtar respublikanın təqribən 70%-ni əhatə edir. Bu yaxınlarda isə şəbəkənin əhatə dairəsini genişləndirmək məqsədilə daha 4 stansiya quraşdırılacaq.
R.Məmmədov bildirib ki, hazırda Naxçıvanda 5 minə yaxın CDMA abunəçisi var. CDMA rabitəsi olan ərazilərdə bu şəbəkə üzərindən İnternetə simsiz çıxış da təşkil edilib.
Qeyd edək ki, CDMA rabitə sistemi 1993-cü ildə Amerika Telekommunikasiya Sənayesi Assosiasiyasında İS-95 standartına uyğun olaraq standartlaşdırılıb. Hazırda ən müasir mobil telefon sistemi hesab olunan CDMA texnologiyası ITU tərəfindən 3-cü nəsil mobil rabitə sisteminin hazırlanması üçün əsas kimi tövsiyə olunub. CDMA standartı səs və danışığın yüksək keyfiyyətlə ötürülməsini təmin edir, fon maneələrini, paralel kanallar arası danışıqları və digər maneələri dəf edərək informasiyanın məxfiliyinin saxlanılmasını artırır. Bu rabitədən istifadə zamanı enerji sərfi də azalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR