Bank Of Baku

«Bakcell» şirkəti ilin sonunadək bütün abunəçiləri üçün GPRS və MMS xidmətlərini istifadəyə verəcək

«Bakcell» şirkəti ilin sonunadək bütün abunəçiləri üçün GPRS və MMS xidmətlərini istifadəyə verəcək
# 13 noyabr 2008 06:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ikinci mobil rabitə operatoru olan «Bakcell» şirkəti 2008-ci ilin sonunadək abunəçiləri üçün GPRS və MMS xidmətlərini istifadəyə verəcək. Bu barədə «APA-Economics»ə «Bakcell» şirkətindən məlumat verilib.
«Hazırda «Bakcell» abunəçilərinin bir hissəsi GPRS-dən istifadə edə bilir ki, bu da, həmin abunəçilərdir ki, onların mobil nömrə aldıqları vaxt GPRS xidmətinin sınaqdan keçmə mərhələsinə təsadüf edib. Lakin cari ilin sonunadək bütün «Bakcell» abunəçiləri GPRS və MMS xidmətlərindən istifadə edə biləcəklər», - deyə şirkətdən bildirilib.
«Bakcell»dən həmçinin qeyd olunub ki, şirkətin tarif siyasətinə uyğun olaraq, cari danışıq tariflərində vaxtaşırı endirimlər olacaq.
Qeyd edək ki, «Bakcell» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin 1,2 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR