Bank Of Baku

«Azerfon» şirkəti 3G texnologiyasının tətbiqinə başlayıb

«Azerfon» şirkəti 3G texnologiyasının tətbiqinə başlayıb
# 13 noyabr 2008 06:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) 3G texnologiyasını abunəçilərinin istifadəsinə verməyə hazırlaşır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hazırda 3G texnologiyasının tətbiq edilməsi test mərhələsindədir: «Bu ilin sonunadək və ya gələn il ərzində 3G texnologiyası abunəçilərimizin istifadəsinə veriləcək».
Şirkətdən həmçinin bildirilib ki, 3G texnologiyasının istifadəyə verilməsi üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə danışıqlar aparılır: «3G texnologiyasının istifadəsi üçün əl çatan tariflər müəyyənləşdirəcəyik ki, bütün əhali bundan yararlana bilsin».
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün RİTN tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 870 min abunəçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR