Bank Of Baku

«Delta Telecom» şirkəti yeni WiMax-Mobile texnologiyasını tətbiq edir

«Delta Telecom» şirkəti yeni WiMax-Mobile texnologiyasını tətbiq edir
# 13 noyabr 2008 09:04 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Fransanın «Alkatel» şirkəti Azərbaycanın «Delta Telecom» şirkətinin sifarişi ilə yeni WiMax 816XI-mobile texnologiyasının tətbiqi üçün lazım olan avadanlıqların quraşdırılmasını həyata keçirir.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni texnologiya adi WiMax-dan fərqli olaraq, GSM şəbəkəsində olduğu kimi hətta 120 km/saat sürətlə hərəkət edən avtomobildə rabitə əlaqəsini itirməmək üçün şərait yaradır.
Hazırda WiMax 816XI-mobile texnologiyası «Delta Telecom»un baza stansiyasında test rejimində istifadə olunur.
Qeyd edək ki, 2000-ci ildə təsis edilən «Delta Telecom» müəssisəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin dekabr ayında lisenziya alıb və universal rabitə xidmətləri göstərir. «Delta Telecom» müəssisəsi regionda korporativ peyk rabitə şəbəkələrinin yaradılması, quraşdırılması və müvafiq peyk rabitə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış operatordur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR