Bank Of Baku

Azərbaycanda artıq 500-ə yaxın video-telefon istifadəçisi var

Azərbaycanda artıq 500-ə yaxın video-telefon istifadəçisi var
# 13 noyabr 2008 09:10 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Video-telefon xidmətinin istifadəçilərinin sayı Bakı şəhəri üzrə 400-500 abonent təşkil edir. Bu barədə «APA-Economics»ə «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyindən məlumat verilib.
Video-telefon xidmətinə adi xidmətlərlə yanaşı İnternetə sürətli qoşulma da daxildir. Aylıq abunə haqqı 10 manat, video-telefonun quraşdırılması üçün birdəfəlik haqq isə 5 manat təşkil edir. Video-telefondan istifadə yalnız NGN şəbəkəsində mümkündür.
Qeyd edək ki, qiyməti 300-400 manat olan video-telefon aparatları ATS-lərin marketinq şöbələrində əldə etmək mümkündür. Yerli bazarda əsasən Koreyanın «Huawei» şirkətinin video-telefonları təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR