Bank Of Baku

LG şirkəti qol telefonu icad edib

LG şirkəti qol telefonu icad edib
# 09 yanvar 2009 13:52 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Cənubi Koreyanın LG şirkəti qol saatı formasında LG-GD910 markalı mobil telefonun ilk rəsmilərini açıqlayıb.
«APA-Economics»in məlumatına görə, yeni mexanizm 1,43 düyümlü rəngli maye-kristallik sensorlu displeylə təchiz olunub. Telefon üçüncü nəsil şəbəkələrində işləyə bilir və bununla yanaşı HSDPA rejimində saniyədə 7,2 Mbit-dək sürətlə məlumatları yükləmək imkanına malikdir.
Qol telefonu mətndən tələffüzü sintez eləməyi bacarır, Bluetooth-u və səslə yığımı dəstəkləyir, həmçinin mp3 pleyer kimi də istifadə oluna bilər.
LG-GD910-nun rəsmi təqdimatı Las-Vegasda təşkil olunacaq CES istehlak elektronikası sərgisində keçiriləcək. Telefonun pərakəndə satış qiyməti isə hələ məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR