Bank Of Baku

«Bakcell»ə yeni baş direktor təyin olunub

«Bakcell»ə yeni baş direktor təyin olunub
# 10 yanvar 2009 12:29 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Bakcell» şirkətinin ictimayyətlə əlaqələr şöbəsinin meneceri İlham Əfəndiyev məlumat verib. İ. Əfəndiyevin sözlərinə görə, ötən il dekabrın 30-da şirkətin baş direktoru vəzifəsində çalışan Martin Kverkin səlahiyyət müddəti başa çatıb və cari ilin yanvar ayının 14-dən etibarən «Bakcell»in baş direktor vəzifəsini Hollandiya vətəndaşı olan xanım İnessa Botte tutacaq.

Qeyd edək ki, əvvələr İ. Botte Livanın mobil rabitə operatoru olan «Alfa» şirkətində baş direktor işləyib.

Xatırladaq ki, «Bakcell» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin 1,2 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR