Bank Of Baku

Azərbaycanda Pensiya-Sığorta Sisteminin İnkişafı Dövlət Proqramı çərçivəsində təkliflərin hazırlanmasına başlanılıb

Azərbaycanda Pensiya-Sığorta Sisteminin İnkişafı Dövlət Proqramı çərçivəsində təkliflərin hazırlanmasına başlanılıb
# 12 yanvar 2009 06:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2010-2013-cü illərdə pensiya təminatının avtomatlaşdırılmış sistemə keçidi və plastik kartlar vasitəsi ilə pensiya ödənişləri sisteminin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamağı nəzərdə tutur. Bu barədə «APA-Economics»ə DSMF-dən məlumat verilib.
Artıq DSMF-nin mütəxəssisləri pensiya ödənişlərinin avtomatlaşdırılması ilə bağlı bankomat və POS-terminallara olan tələbatın müəyyənləşdirilməsi və ucqar kəndlərdə bankomatların quraşdırılması ilə bağlı yerli banklarla danışıqlar aparır.
Qeyd edək ki, son 5 ildə şəhər və rayon mərkəzlərində yaşayan pensiyaçıların 100%-i, kəndlərdə yaşayanların 70%-i, ümumilikdə isə 87%-i plastik kartlarla təmin edilib. Bu illər ərzində ümumilikdə respublika üzrə 417 bankomat gurlaşdırılıb, o cümlədən kənd və qəsəbələrdə 51 bankomat.
Lakin buna baxmayaraq, POS-terminallar və bankomatların çatışmazlığı səbəbindən və pensiyaçıların plastik kartlardan yalnız pensiyanın nağdlaşdırılması üçün istifadə etməsi səbəbindən sistem, demək olar ki, işləmir.
Bununla yanaşı, DSMF pensiyaçıların maarifləndirilməsi üçün müvafiq işlər görməyi, o cümlədən reklam çarxları hazırlamağı planlaşdırır. Eyni zamanda, pensiyaçıların çoxfunksiyalı plastik kartlarla təmin edilməsi üçün tədbirlər planının hazırlanacağı gözlənilir.
Xatırladaq ki, 2015-ci ilədək nəzərdə tutulmuş Pensiya-Sığorta Sisteminin İnkişafı Dövlət Proqramı çərçivəsində təkliflərin hazırlanmasında Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə və Ədliyyə nazirliklərinin iştirakı ilə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR