Bank Of Baku

«Elcell»in video-müşahidə xidmətlərinin abunəçilərinin sayı artır

«Elcell»in video-müşahidə xidmətlərinin abunəçilərinin sayı artır
# 12 yanvar 2009 09:33 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Datacell» şirkətinin («Elcell» ticarət nişanı) təqdim etdiyi məsafədən video-müşahidə xidmətlərinin istifadəçilərinin sayı 100-ə çatıb. Şirkət bu xidməti ötən ilin sonunda istifadəyə verib.
«Elcell»in Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət elVideo sistemi əsasında göstərilir. Bu sistem korporativ və fərdi müştərilər üçün nəzərdə tutulub və fərdi evin və ya ofisin təhlükəsizliyinə gecə-gündüz nəzarət etmək imkanını yaratmaqla yanaşı, təsərrüfat işlərinin də aparılmasını asanlaşdırır. Evdə quraşdırılmış elVideo sistemi vasitəsi ilə müştərilər harada olduqlarından asılı olmayaraq, evdə uşaqlara və ya yaşlı valideynlәrə İnternet vasitəsi ilə nəzarət edə bilər. Ev və ofis üçün dəstlərin qiyməti 527 manatdan 647 manatadək diapazonda dəyişir. Komplektə mini-kamera, modem, DVS avadanlığı daxildir. Aylıq abunə haqqı trafikin həcmindən (1-10 min MB) asılı olaraq 15-55 manat, əlavə hər 1 MB üçün isə tarif 0,01 manat təşkil edir.
Simsiz modemin növündən asılı olaraq, daxil olan trafikin sürəti saniyədə 2122 kBit, ötürülən trafikin sürəti isə saniyədə 692 kBit təşkil edə bilər. Məlumatların ötürülmə sürəti həmçinin siqnalın nə dərəcədə keyfiyyətlə qəbul olunmasından və modemin yerləşməsindən asılıdır.
Xatırladag ki, «Datacell» şirkəti «Elcell» brendi altında simsiz mobil İnternet xidmətlərini 2005-ci ilin dekabr ayından göstərməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR