Bank Of Baku

«Suzuki Grand Vitara» avtomobillərinin Azərbaycana idxalı dayandırılıb

«Suzuki Grand Vitara» avtomobillərinin Azərbaycana idxalı dayandırılıb
# 12 yanvar 2009 10:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Isuzu» avtomobil şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan «Azauto» şirkəti «Suzuki Grand Vitara» avtomobil modelinin ölkəyə idxalını dayandırıb. Bu barədə «APA-Economics»ə «Azauto» şirkətinin direktoru Fərəc Rəsulzadə məlumat verib.
F.Rəsulzadənin sözlərinə görə, «Suzuki Grand Vitara» modelinin Azərbaycana idxalının dayandırılmasının səbəbi əsasən dünyada müşahidə olunan maliyyə böhranı ilə bağlıdır: «Yaxın gələcəkdə bu avtomobil modelinin idxalının bərpasından söz gedə bilməz».
Xatırladaq ki, «Azauto» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıda 1 satış salonu və 2 servis mərkəzi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR