Bank Of Baku

«Porsche» şirkəti «Volkswagen» konsernini alıb

«Porsche» şirkəti «Volkswagen» konsernini alıb
# 12 yanvar 2009 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Porsche» avtomobil şirkəti bu ölkənin digər avtomobil istehsalçısı olan «Volkswagen» konserninin nəzarət səhm zərfini alıb.
«APA-Economics»in məlumatına görə, artıq bu ilin yanvar ayının əvvəlindən etibarən «Porsche» şirkəti «Volkswagen» konserninin 42,6% səhminə sahib olub. Bu günə olan göstəriciyə görə isə, «Porsche» şirkəti «Volkswagen»nin 50,76% səhminə malikdir. Bununla da «Volkswagen» konserninin nəzarət səhm zərfi «Porshce»yə keçib.
Qeyd edək ki, «Porsche» şirkətinin nümayəndələri bu ilin sonunadək «Volkswagen»də payın 75%-dək artırılacağını istisna etmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR