Bank Of Baku

Azərbaycanda tikinti sahəsində yeni qanunvericilik sənədləri hazırlanacaq

Azərbaycanda tikinti sahəsində yeni qanunvericilik sənədləri hazırlanacaq
# 12 yanvar 2009 11:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Nazirlər Kabineti «Azərbaycan Respublikasının Dövlət Tikinti Normativ Sənədlər Sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Tədbirlər Planına əsasən, cari ilin birinci yarısında Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi birlikdə Tikinti Məcəlləsinin, həmçinin Dövlət Tikinti Normativ Sənədlər Sisteminin yeniləşdirilməsi və təkmilləşdirilməsi üzrə müvafiq proqram layihəsini hazırlamalıdır. Hökumətin tapşırığına əsasən, bu il ərzində tikinti, şəhərsalma və memarlıq fəaliyyəti sahəsində qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi, 2009-2011-ci illərdə dövlət tikinti normativ sənədlərinin həmin proqram çərçivəsində təhlil edilərək yeniləşdirilməsi və təkmilləşdirilməsinə dair təkliflər, cari ilin ikinci yarısında Azərbaycanın seysmoloji təhlükəsizliyi üzrə proqram layihəsi hazırlanacaq.
Tədbirlər Planına uyğun olaraq, 2009-2011-ci illərdə zəlzələlər riski ilə bağlı seysmik təhlükənin, zərərin azaldılması, həmçinin effektiv konstruktiv həllərin hazırlanması ilə bina və qurğuların möhkəmliyinin təmin edilməsi üzrə tikinti sahəsində tətbiqi elmi tədqiqatların aparılması planlaşdırılır.
Hökumətin qərarına əsasən, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hər ilin sonunda Tədbirlər Planının icrasına dair ümumiləşdirilmiş məlumatları Nazirlər Kabinetinə təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR