Bank Of Baku

Azərbaycandakı orta məktəblərin vahid İT Sertifikat Mərkəzi yaradılacaq

Azərbaycandakı orta məktəblərin vahid İT Sertifikat Mərkəzi yaradılacaq
# 12 yanvar 2009 14:32 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin sonuna kimi Azərbaycandakı orta təhsil məktəblərinin vahid DATA Mərkəzinin qurulması layihəsi çərçivəsində Sertifikat Mərkəzinin yaradılması nəzərdə tutulur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, fevralın sonuna kimi Azərbaycanın orta məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək DATA Mərkəzi yaradılacaq. Hazırda layihəni həyata keçirən «Microsoft», «Ultra», «Azərin» şirkətləri və RİTN-in mütəxəssisləri gələcəkdə DATA Mərkəzinin AzDATACOM şəbəkəsinə qoşulması imkanlarını nəzərdən keçirirlər.
Qeyd edək ki, AzDATACOM şəbəkəsinin paytaxt seqmenti Bakının bütün ATS-lərini birləşdirir və kanalların ötürmə gücünü 10 Gbit/saniyə həcmində təmin edir. Hazırda AzDATACOM şəbəkəsinin regional seqmentinin yaradılması üzrə iş aparılır. İnformasiya axınının yüksək sürəti e-government, e-banking, e-education və s. layihələrin həyata keçirilməsi üçün geniş perspektiv yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR