Bank Of Baku

Azərbaycanda İctimai İnformasiya Mərkəzləri infrastrukturunun yaradılması ilə bağlı təkliflər hazırlanıb

Azərbaycanda İctimai İnformasiya Mərkəzləri infrastrukturunun yaradılması ilə bağlı təkliflər hazırlanıb
# 12 yanvar 2009 14:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Multimedia Mərkəzi Azərbaycanda İctimai İnformasiya Mərkəzləri infrastrukturunun yaradılması ilə bağlı hazırladığı təklifləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edib.
Multimedia Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, təkliflər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən «İnformasiya azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması Layihəsi» çərçivəsində hazırlanıb.
Ötən ilin sonunda dövlət, özəl və ictimai sektorun nümayəndələrinin iştirakı ilə «İctimai İnformasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər» mövzusunda keçirilən dəyirmi masada səslənən təkliflər də əksini tapıb.
Təkliflərdə «İnformasiya əldə etmək haqqında» qanunun qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində mühüm amillərdən biri olan İctimai İnformasiya Mərkəzlərinin yaradılmasının hüquqi, təşkilatı və informasiya təminatı ilə bağlı əsasları qeyd olunub. Bu layihə çərçivəsində həmçinin elektron hökumət quruculuğunda əsas istiqamətlərdən biri olan dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin monitorinqi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR