Bank Of Baku

Yaponiya jestlə idarə olunan televizorların istehsalına başlayır

Yaponiya jestlə idarə olunan televizorların istehsalına başlayır
# 13 yanvar 2009 06:56 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Yaponiyanın «Toshiba» və «Hitachi» şirkətləri jestlərlə idarə olunan televizorları geniş ictimaiyyətə təqdim edib. Hər iki televizor ekranın yanında quraşdırılmış, insan jestlərinə reaksiya verən infraqırmızı qəbuledici ilə təmin edilib.
«Hitachi»nin televizorunu jestlə yandırıb-söndürmək, kanalları dəyişmək və səsini idarə etmək mümkündür. «Toshiba»nın televizoru isə jestləri üç ölçüdə müəyyən edir və istifadəçiyə daha geniş imkanlar verir.
Hər iki şirkətin nümayəndələrinin sözlərinə görə, bu cür televizorlar artıq yaxın iki il ərzində bazara çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR