Bank Of Baku

Azərbaycan paytaxtında 350 mln. dollarlıq tikinti layihəsinin icrası ilə bağlı yeni müqavilə imzalanıb - FOTO

Azərbaycan paytaxtında 350 mln. dollarlıq tikinti layihəsinin icrası ilə bağlı yeni müqavilə imzalanıb - <font color=red>FOTO</font>
# 13 yanvar 2009 08:43 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. Azərbaycanın «Azinko Development» şirkəti Bakı şəhərində «Flame Towers» otel, yaşayış və ofis kompleksinin inşası layihəsi çərçivəsində ABŞ-ın «Hill International Inc.» konsaltinq şirkəti ilə layihənin idarə edilməsi xidmətlərinin göstərilməsinə dair 5 mln. ABŞ dolları dəyərində müqavilə imzalayıb.
«APA-Economics»in məlumatına görə, müqavilə çərçivəsində Milli Məclisin binası qarşısında hazırda tikintisi aparılan ümumi dəyəri 350 mln. dollarlıq tikinti layihəsinə 30 ay müddətində peşəkar idarəetmə xidmətləri göstəriləcək.
«Odlar Diyarını» rəmzləşdirən «Flame Towers» (Od Qalaları) layihəsi Bakı şəhərinin və Xəzər dənizinin tam görünüşünü təmin edən yüksəklikdə 234,5 min kv. metr sahədə üç üçbucaq formalı müasir dizaynlı 34-39 mərtəbəli kompleksin inşasını nəzərdə tutur. Layihənin 2011-ci ildə başa çatdırılması planlaşdırılır.
Bu, Azərbaycanın qeyri-neft sektorunda reallaşdırılan ən iri layihələrdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR