Bank Of Baku

«Azərin» şirkəti Azərbaycan Milli Bankının İnternetlə təmin edilməsi işlərini tamamlayıb

«Azərin» şirkəti Azərbaycan Milli Bankının İnternetlə təmin edilməsi işlərini tamamlayıb
# 13 yanvar 2009 11:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azərin» İnternet provayderi Azərbaycan Milli Bankına (AMB) İnternet xidmətlərinin göstərilməsi üzrə keçirilən kotirovka sorğusunun qalibi kimi 4 Mbit/saniyə sürəti ilə optik kanalın çəkilişi üzrə işləri başa çatdırıb.
«Azərin» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda AMB provayderin təqdim etdiyi yüksək sürətli İnternet xidmətləri ilə təmin edilib.
Qeyd edək ki, ötən illər ərzində AMB-ni İnternet xidmətləri ilə «İntrans», «AzEuroTel» şirkətləri təmin edib.
Xatırladaq ki, «Azərin» şirkəti 1998-ci ilin mart ayında yaradılmış Azərbaycan-Turkiyə Birgə Müəssisəsidir. Şirkət qlobal İnternet şəbəkəsinə kommutasiya olunan və ayrılmış xətlər vasitəsi ilə qoşulma xidmətləri, həmçinin proqramlaşdırma və sistem inteqrasiyası üzrə xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR