Bank Of Baku

Azərbaycan Avrasiya məkanında yaradılan yeni beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında iştirak edəcək

Azərbaycan Avrasiya məkanında yaradılan yeni beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında iştirak edəcək
# 13 yanvar 2009 11:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. TRACECA Hökumətlərarası Komissiyası Cənubi-Şərq Oxunun Avropa Nəqliyyat Şəbəkəsinə birləşməsi və bu dəhlizlərin inteqrasiyasını həyata keçirəcək. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyası Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
Cənubi-Şərq Oxu Avropa İttifaqını – Balkan dövlətləri – Türkiyə - Cənubi Qafqaz - Xəzər dənizi - Mərkəzi Asiya - Yaxın Şərq - Qırmızı dəniz - Misir coğrafiyasını əhatə edir.
«Bu yeni bir nəqliyyat dəhlizidir. TRACECA Hökumətlərarası Komissiyasının Bakı Sammitində bu dəhlizin Avropa Nəqliyyat Şəbəkəsinə inteqrasiyasına öhdəlik götürülüb», - deyə A.Mustafayev vurğulayıb.
A.Mustafayevin sözlərinə görə, bu çərçivədə TRACECA strukturlarının və institutlarının yeni rolu müəyyənləşəcək. Həmçinin, qurumda islahatlar aparılacaq, strukturların modernləşdirilməsi və praktiki fəaliyyətin genişləndirilməsi həyata keçiriləcək. Bu məqsədlə müzakirələrin aparılması üçün yaxın vaxtlarda Avropa Komissiyasının, depozitari ölkənin (Azərbaycan), sədr dövlətin (Qazaxıstan) və digər maraqlı dövlətlərin nümayəndələrinin təmsil olunduğu İşçi Qrupunun yaradılması nəzərdə tutulur. Hazırlıq işləri tamamlanandan sonra, may-iyun aylarında TRACECA-nın Bişkekdə (Qırğızıstan) keçiriləcək konfransında bu sənədlərin qəbulu gözlənilir.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Hazırda quruma Avropa və Asiyanın 12 ölkəsi üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR