Bank Of Baku

«Azercell» tarifləri dəyişmədən MMS-in həcmini üç dəfə artırıb

«Azercell» tarifləri dəyişmədən MMS-in həcmini üç dəfə artırıb
# 13 yanvar 2009 11:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti abonentlərinə daha böyük həcmdə MMS göndərmək imkanı yaradıb.
«Azercell» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq MMS-in həcmi üç dəfə genişləndirilərək 300 kB-a çatdırılıb.
Qeyd edək ki, MMS-in həcminin artmasına baxmayaraq, operator mövcud tarifi artırmayıb. İndi ümumi ölçüsü 300 kB olan sxem, təsvir, melodiya, musiqi parçaları, rəsm, yaxud telefonun özündə çəkilmiş fotoşəkili istənilən nömrəyə göndərmək olar. MMS-i mobil telefondan elektron-poçt ünvanlarına da göndərmək mümkündür. MMS-in həcmi yalnız telefon cihazının imkanları ilə məhdudlaşdırıla bilər.
Xatırladaq ki, bir MMS-in qiyməti «Azercell»in Fakturalı Xətt abonentləri üçün 0,10 AZN (ƏDV-siz), «Açıq Xətt»/«Bizdən Bizə» abonentləri üçün 22 kontur, «GəncSim» abonentləri üçün 16 kontur təşkil edir.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR