Bank Of Baku

Azərbaycanın sərhəd keçid məntəqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi təklif olunur

Azərbaycanın sərhəd keçid məntəqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi  təklif olunur
# 13 yanvar 2009 12:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. TRACECA Hökumətlərarası Komissiyası Azərbaycanın sərhəddə keçid müddətinin minimuma endirilməsi üçün sərhəd keçid məntəqələrinin genişləndirilməsini və texniki imkanların artırılmasını təklif edib. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
A.Mustafayevin sözlərinə görə, sərhəd keçid məntəqələrində «bir pəncərə» sisteminin tətbiqi ilə bağlı TRACECA-nın təklifləri nəzərə alınıb: «Bizim yeni təkliflərimiz sərhəd keçidlərinin genişləndirilməsi, minik avtomobilləri və yük avtomobilləri üçün ayrıca zolaqların yaradılması, müasir yoxlama vasitələri, avtomobilləri hərəkət edə-edə yoxlayan skaner avadanlıqları ilə təchiz olunmasından ibarətdir».
Əksər Avropa dövlətlərinin bu sistemi tətbiq etdiyini deyən A.Mustafayevin fikrincə, Azərbaycanın sərhədlərində keçid proseduralarının daha da inkişaf etdirilməsi və sadələşdirilməsi bu yolla mümkündür.
Qeyd edək ki, 1 yanvar 2009-cu il tarixindən Azərbaycanın sərhəd keçid məntəqələrində «bir pəncərə» qeydiyyat sistemi tətbiq olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR