Bank Of Baku

Azərbaycan və Türkiyə birgə hərbi və mülki təyinatlı rabitə vasitələri istehsal edəcək

Azərbaycan və Türkiyə birgə hərbi və mülki təyinatlı rabitə vasitələri istehsal edəcək
# 13 yanvar 2009 13:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyə şirkətləri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə birlikdə rabitə vasitələrinin birgə istehsalını planlaşdırır. Bu barədə «APA-Economics» Türkiyə Müdafiə Sənayesi Müştəşarlığına istinadən məlumat verib.
Artıq Türkiyənin üç şirkəti müxtəlif hərbi və mülki təyinatlı rabitə vasitələrinin, daşınar və stasionar radiostansiyaların birgə istehsalına dair Azərbaycan müəssisələri ilə razılıq əldə edib. Lakin hazırkı mərhələdə həmin şirkətlərin adları açıqlanmır.
Müdafiə Sənayesi Müştəşarlığından verilən məlumata görə, bu il hər iki ölkənin müəssisələri bir neçə iri layihəni reallaşdırmağı planlaşdırır: «Dünya maliyyə böhranı Türkiyə və Azərbaycan müəssisələrinin birgə layihələrinin icrasına təsir etməyəcək».
Qeyd edək ki, artıq Türkiyənin «SELEX» şirkəti ilə Azərbaycanın «Cihazqayırma» zavodu arasında rabitə vasitələrinin birgə istehsalına dair müzakirələr getdiyi bildirilir. Müzakirələr müsbət yekunlaşarsa, «Cihazqayırma» müəssisəsi «SELEX»in radiostansiyaları üçün gövdələr və müəyyən detallar istehsal edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR