Bank Of Baku

AZAL Bakı-Minvodı marşrutu üzrə aviareyslərin sayını artırıb

AZAL Bakı-Minvodı marşrutu üzrə aviareyslərin sayını artırıb
# 13 yanvar 2009 13:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı-Minvodı (Şimali Qafqaz, Rusiya) sərnişin aviamarşrutu üzrə reyslərin sayını artırıb.
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, əgər əvvəllər Bakı-Minvodı aviareysi hər həftənin VI günləri saat 14:15-də yerinə yetirilirdisə, artıq bu marşrut üzrə aviareyslər hər həftənin III və VI günləri həmin vaxtda yerinə yetirilir: «Bakı-Minvodı marşrutunun yeni uçuş qrafiki bu ilin mart ayının 25-dək qüvvədə olacaq».
Qeyd edək ki, hazırda Bakı-Minvodı-Bakı sərnişin aviareysinə biletin satış qiyməti 281 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR