Bank Of Baku

«TransEuroCom» şirkəti İnternet kartlarını 50% ucuzlaşdırıb

«TransEuroCom» şirkəti İnternet kartlarını 50% ucuzlaşdırıb
# 13 yanvar 2009 13:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «TransEuroCom» şirkəti İnternet kartlarının qiymətlərini 50% endirib. Şirkətin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, endirimlə bağlı ötən ilin dekabrından bu ilin aprel ayına kimi qüvvədə olan «1+1» kampaniyası dayandırılıb.
Qeyd edək ki, «TransEuroCom» telekommunikasiya şirkəti 2004-ci ildə yaradılıb. «TransEuroCom» telekommunikasiya sahəsində operatorluq fəaliyyətini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2006-cı ilin sentyabr ayının 4-də alınmış lisenziya əsasında həyata keçirir.
«TransEuroCom» şirkəti Azərbaycanın Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) dəmir yolu boyunca TRACECA layihəsi üzrə çəkilmiş fiber-optik SDH kabel rabitə xəttinin və Bakıda ATS-499, Gəncədə ATS-28-in operatorudur. Bu rəqəmsal ATS-lərin ümumi tutumu 10 min nömrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR