Bank Of Baku

Azərbaycan paytaxtında tikinti materialları ötən ilin əvvəlindən 34% ucuzlaşıb

Azərbaycan paytaxtında tikinti materialları ötən ilin əvvəlindən 34% ucuzlaşıb
# 13 yanvar 2009 15:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən ilin dekabr ayında Bakı şəhəri üzrə tikinti materialları bazarında formalaşan orta qiymətlər noyabr ayı ilə müqayisədə 15,4%, ilin əvvəli ilə müqayisədə 34%, ötən illə müqayisədə isə 33,8% azalıb. Qiymət indeksi isə noyabr ayına nisbətən 44,5% azalaraq, 69 bənd səviyyəsində qərarlaşıb. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən (ƏBİ) məlumat verilib.
Dekabr ayında bazarda ƏBİ tərəfindən 36 adda, 82 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə Azərbaycanda istehsal olunan malların ümumi həcmdə xüsusi çəkisi 51,2% təşkil edib. Qiymət azalması xaricdən idxal olunan məhsullarda, xüsusilə də metal və metal məmulatlarının qiymətində kəskin enmələr müşahidə olunub.
İdxal məhsulları ilə yanaşı, dekabrda bəzi yerli məhsulların da qiymətində yüksək faizli azalma qeydə alınıb ki, bu amil də eyni zamanda orta qiymət azalmasına təkan verib. Dekabr ayında 82 adda məhsuldan 51-i üzrə qiymət azalması, 31-i üzrə isə stabillik müşahidə edilib. Ay ərzində heç bir tikinti materialında qiymət artımı qeydə alınmayıb.
Dekabr ayında katinka 29,8%, şveller 26,5%, künyə 25,8%, dəmir təbəqə 25,5%, boru 24,5%, dam örtüyü 23,8%, armatur 18,5%, şüşə 13,7%, çınqıl 16,7%, plastik boru 8,8%, mişar daşı 8,8%, kərpic 8%, taxta 13,3%, dikt 8,9%, DVP 15,4%, sink təbəqə 17,4%, şifer 14,8%, alçipan 3,6%, mismar 13,7%, elektrod 6,7%, penaplast 18,2%, bitum 13%, yapışqan 28,6% ucuzlaşıb. Qalan tikinti materialları üzrə qiymətlər dəyişməz qalıb.
Birliyin apardığı araşdırmalara görə, qiymətlərdə azalma əsasən xaricdən gətirilən dəmir materiallar üzrə müşahidə edilir. Armaturun qiymətindəki yüksək azalma ötən ay alternativ idxal məhsullarının, yəni Rusiya və Ukraynadan idxal olunan armaturun qiymətindəki azalma ilə bağlı idisə, dekabrda dəmirin qiymətinin düşməsi armaturun qiymətində təkrar azalmaya səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR