Bank Of Baku

Azərbaycanda bələdiyyə torpaqları hərraclarda satılacaq

Azərbaycanda bələdiyyə torpaqları hərraclarda satılacaq
# 14 yanvar 2009 09:44 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, komitə sədri Qərib Məmmədov bildirib ki, 2008-ci ilin dekabr ayında dövlət başçısının imzaladığı fərmanla DTXK-yə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələri və hərracların təşkilatçısı səlahiyyəti verilib. Dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin hərraclar və ya müsabiqələr vasitəsi ilə icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri DTXK tərəfindən hazırlanaraq təsdiq olunmaq üçün bu gün keçirilən kollegiyada müzakirəyə çıxarılıb.
«Müsabiqə və ya hərrac komissiyası tərəfindən verilən şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi, fiziki şəxslərlə komitənin yerli qurumları arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun müqavilə bağlanacaq», - deyə Q.Məmmədov əlavə edib.
Komitə sədrinin sözlərinə görə, yeni qanunvericiliklə bələdiyyə ərazisində 5 il yaşayış qeydiyyatı olan vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə tərəfindən torpaq ayrıla bilər. Digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq hərracları və ya müsabiqələr vasitəsi ilə əldə edə bilərlər. Hərrac və müsabiqələrdə bərabər təkliflər olduqda aşağıdakı şəxslərə üstünlük veriləcək:
- torpağın əvvəlki istifadəçiləri və ya icarəçilərinə;
- Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailələrinə;
- yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə hərbi xidmətdən ehtiyata və ya istefaya çıxmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara;
- sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə;
- müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;
- müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara.
Q.Məmmədov onu da vurğulayıb ki, sənədlərin icrası ilə əlaqədar komitənin yerli şöbələri bələdiyyə mülkiyyətinə aid torpaqların yeri, ölçüsü, yer quruluşu sənədlərini bələdiyyələrlə birlikdə dəqiqləşdiriləcək. Həmçinin, yerli icra hakimiyyətləri, bələdiyyələrin, DTXK-nın yerli şöbələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərrac və müsabiqə komissiyaları yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR