Bank Of Baku

Azərbaycan və Estoniya İKT sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Estoniya İKT sahəsində əməkdaşlığı genişləndirir
# 14 yanvar 2009 11:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan Estoniyanın iqtisadiyyat və İKT naziri Yuhan Partsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. «APA-Economics»in məlumatına görə, görüşdə Azərbaycanla Estoniya arasında İKT sahəsində əməkdaşlıq üçün geniş imkan və perspektivlərin olduğu vurğulanıb.
Y.Parts iki ölkənin hökumətləri arasında İKT sahəsi üzrə əməkdaşlıq sazişinin bu səfər zamanı imzalanmamasından təəssüfləndiyini bildirib. Estoniyalı naziri Ə.Abbasovun başçılığı ilə Azərbaycanın İKT şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyətini yaxın vaxtlarda Estoniyaya tanışlıq səfərinə dəvət edib.
Ə.Abbasov isə öz növbəsində Azərbaycanın Azad İqtisadi Zonaların yaradılması, e-goverment layihəsinin icrası, 20-dən çox ölkənin iştirak etdiyi Supermagistralın yaradılması layihəsinin həyata keçirilməsi sahəsində Estoniyanın təcrübəsinə ciddi maraq göstərdiyini vurğulayıb.
Estoniyalı nazir ölkəsinin Azərbaycanın İT sahəsinə böyük marağının olduğunu bildirib və gələcək əməkdaşlığın əsasən şirkətlər səviyyəsində qurulmasının tərəfdarı olduğunu qeyd edib.
Görüşün sonunda Y.Parts azərbaycanlı həmkarına İnternetlə pulsuz danışmaq imkanı verən Skype video-telefonunu hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR