Bank Of Baku

Azərbaycanda İnternet tariflərinin növbəti endirimi ləngiyə bilər

Azərbaycanda İnternet tariflərinin növbəti endirimi ləngiyə bilər
# 14 yanvar 2009 12:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən İnternet provayderlərinin əksəriyyəti bu ildən tariflərini 50-60% endirib. Buna baxmayaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi apardığı araşdırmalar nəticəsində qərara gəlib ki, ölkədə İnternetin inkişaf etdirilməsi üçün tariflər daha da azaldılmalıdır. Bunu «APA-Economics»ə verdiyi açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Ə.Abbasovun sözlərinə görə, növbəti tarif endiriminin bu ilin yanvarın 15-nə nəzərdə tutulmasına baxmayaraq, bu proses bir qədər ləngiyə bilər. Bunun əsas səbəbi mütəmadi keçirilən tarif endirimlərinin bazardakı nisbətən kiçik provayderlərə mənfi təsir göstərməsi ilə bağlıdır: «Cüzi endirimlər isə lazımi səmərə vermir».
Ə.Abbasov bildirib ki, hazırda Nazirlik bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq İnternet xidmətləri bazarındakı vəziyyəti təhlil edir və artıq yaxın gələcəkdə İnternet istifadəçiləri dəyişiklikləri hiss edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR