Bank Of Baku

Türkiyənin «SELEX» şirkətinin nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyənin «SELEX» şirkətinin nümayəndə heyəti Azərbaycana gəlib
# 14 yanvar 2009 15:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «SELEX» İKT şirkətinin nümayəndə heyəti işgüzar səfərlə Azərbaycana gəlib. Bu barədə «APA-Economics»ə şirkətin satış üzrə müdiri, nümayən heyətinin rəhbəri Uruz Kətançı məlumat verib.
U.Kətançının sözlərinə görə, səfərdə məqsəd Azərbaycanın müvafiq strukturları ilə qarşılıqlı əməkdaşlıq və işbirliyi məsələlərini müzakirə etməkdir. Eyni zamanda, «SELEX» və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri arasında rabitə vasitələrinin birgə istehsalına dair müzakirələrin aparılması nəzərdə tutulur.
Nümayəndə heyəti Azərbaycan Müdafiə Sənayesi və Müdafiə nazirlikləri, həmçinin digər hərbi qurumlarda görüşlər keçirəcək.
İlkin məlumatlara görə, «SELEX» Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Cihazqayırma» zavodu ilə birgə rabitə vasitələrini istehsal etmək niyyətindədir. Rabitə vasitələrinin gövdələri və bəzi detallarının «Cihazqayırma» zavodunda istehsalı planlaşdırılır.
Qeyd edək ki, «SELEX» şirkəti 1989-cu ildə Türkiyə Silahlı Qüvvələrinin ehtiyacına əsasən təhlükəsiz HF/SSB radiostansiyalarını istehsal etmək məqsədi ilə yaradılıb. Şirkət Türkiyə ilə yanaşı bir sıra ölkənin hərbi qurumlarını «Scimitar HF/SSB» radiostansiyaları ilə təchiz edib. Həmçinin, şirkət 15 ölkədə və 150-dən çox dəniz platformalarında xəbərləşmə sistemi qurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR