Bank Of Baku

TRACECA bu il nəqliyyatda təhlükəsizliklə bağlı yeni layihələrin icrasına başlayacaq

TRACECA bu il nəqliyyatda təhlükəsizliklə bağlı yeni layihələrin icrasına başlayacaq
# 15 yanvar 2009 07:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il TRACECA Hökumətlərarası Komissiyasına üzv olan ölkələrin iştirakı ilə həyata keçirilməsi planlaşdırılan əsas layihələr nəqliyyatda təhlükəsizliklə bağlı olacaq. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
A.Mustafayevin sözlərinə görə, Hökumətlərarası Komissiya bu il «Hava nəqliyyatında təhlükəsizlik», «Quru daşımaçılığında təhlükəsizlik», «Dəniz nəqliyyatında təhlükəsizlik» kimi layihələr, həmçinin nəqliyyat sektorunda kadr hazırlığının təkmilləşdirilməsi və s. layihələrin icrasına başlamağı planlaşdırır.
«Bu gün dünyada baş verənlər nəqliyyat sisteminin təkmilləşdirilməsi məsələsini zərurətə çevirir. Bu məqsədlə TRACECA çərçivəsində 24 aylıq layihələr həyata keçiriləcək», - deyə A.Mustafayev vurğulayıb.
Layihələrin icrasını Avropa Komissiyası maliyyələşdirəcək.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Hazırda quruma Avropa və Asiyanın 12 ölkəsi üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR