Bank Of Baku

Litva müşahidəçi statusu ilə TRACECA-ya üzv qəbul olunacaq

Litva müşahidəçi statusu ilə TRACECA-ya üzv qəbul olunacaq
# 15 yanvar 2009 09:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. TRACECA Hökumətlərarası Komissiyasının bu ilin may-iyun aylarında Bişkəkdə (Qırğızıstan) keçiriləcək növbəti konfransında Litvanın müşahidəçi statusu ilə təşkilata üzv qəbul olunacağı gözlənilir. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.
Artıq Litvanın quruma müşahidəçi statusu ilə üzvlüyünə dair bütün üzv dövlətlər razılıq verib.
Pakistanın müraciətinə gəlincə, A.Mustafayev bununla bağlı hələ ki, TRACECA-ya üzv dövlətlərin tam razılığının alınmadığını bildirib.
Qeyd edək ki, İran və Əfqanıstanın TRACECA-ya üzvlüyünə də iştirakçı dövlətlər razılıq verib. Lakin 3 ildir nə İran, nə də Əfqanıstanın parlamenti TRACECA-ya üzvlüklə bağlı sənədi ratifikasiya etməyib.
Xatırladaq ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə yaradılıb. Hazırda quruma Avropa və Asiyanın 12 ölkəsi üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR