Bank Of Baku

Azərbaycanda immiqrant statusunun verilməsi barədə qərar forması və əcnəbilərin qeydiyyat vəsiqəsinin hazırlanması məqsədilə tender keçirilir

Azərbaycanda immiqrant statusunun verilməsi barədə qərar forması və əcnəbilərin qeydiyyat vəsiqəsinin hazırlanması məqsədilə tender keçirilir
# 15 yanvar 2009 09:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin immiqrant statusunun verilməsi barədə qərar formasının (blankının) və ölkədə daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin yüksək poliqrafik səviyyədə və razılaşdırılmış müddətdə hazırlanması məqsədilə Maliyyə Nazirliyi tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderdə 55 min ədəd immiqrant statusunun verilməsi barədə qərar forması, 50 min ədəd Azərbaycanda daimi yaşayan 16 yaşına çatmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi və 5 min ədəd 16 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsini çapı təklif olunur.
Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini və tender təkliflərini bu ilin mart ayının 3-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası martın 4-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 404-46-94.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR