Bank Of Baku

Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi TRACECA nəqliyyat dəhlizi ilə yük daşınmasını 20% artıracaq

Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi TRACECA nəqliyyat dəhlizi ilə yük daşınmasını 20% artıracaq
# 15 yanvar 2009 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı-Tiflis-Qars dəmir yolu işə düşəndən sonra, 1012-ci ildən TRACECA nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin ildə 15-20% artacağı gözlənilir. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev bildirib.
A.Mustafayevin sözlərinə görə, TRACECA dəhlizi ilə daşınan yüklərin həcmi hər il orta hesabla 7-10% artır.
«Avropa ilə birbaşa dəmir yolu bağlantısı yaranandan sonra bu dəhlizə Çindən və Mərkəzi Asiyadan cəlb olunan yüklərin artacağı proqnozlaşdırılır. Çindən konteyner yüklərinin bu dəhlizə cəlb edilməsi TRACECA-nın üzv dövlətlərinin marağında olan əsas məsələlərdəndir», - deyə A.Mustafayev qeyd edib.
A.Mustafayev hazırda TRACECA-nın Avrasiyada ən təhlükəsiz nəqliyyat dəhlizi olduğunu, həmçinin məsafə və infrastrukturun olması baxımından səmərəli olduğunu vurğulayıb: «Bu dəhlizdə 2008-ci ildə Gürcüstanda gedən əməliyyatlar istisna edilməklə, heç bir hadisə baş verməyib. Yüklərin oğurlanması, vaqonların qaçırılması və ya yolların dağıdılması faktı qeydə alınmayıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR