Bank Of Baku

Bu il Azərbaycanda ilk texnoparkın yaradılmasına başlanacaq

Bu il Azərbaycanda ilk texnoparkın yaradılmasına başlanacaq
# 15 yanvar 2009 11:30 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycanda yaradılacaq AİZ-in digərlərindən fərqi ondadır ki, o, regional xarakter daşıyacaq. Bu səbəbdən layihə olduqca ciddi şəkildə hazırlanıb. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın İKT sərhədlərini region bazarları istiqamətində genişləndirməkdir. Bununla yerli şirkətlərin regionun bazarlarında, xarici şirkətlərin isə Azərbaycan bazarında iştirakı təmin edilir. Nazirliyin layihə ilə bağlı nəzərdə tutduğu plana əsasən, layihənin icrası artıq yaxın 5-10 il ərzində öz müsbət effektini verəcək.
Qeyd edək ki, AİZ dünyada birmənalı qəbul edilmir. Bəzi analitiklər xüsusi zonaların çirkli pulların yuyulması üçün qaranlıq sxem adlandırır, bəziləri isə bunun milli iqtisadiyyatın inkişafında böyük pozitiv təsirə malik olduğunu vurğulayır.
Beynəlxalq ekspertlər AİZ-in açıq rəqabət prinsiplərinə zidd olduğunu vurğulayaraq bildirirlər ki, bu zonaların fəaliyyətində bəzi normalara riayət edilməzsə, bu, dövlət büdcəsinə hətta zərər gətirə bilər. Bununla yanaşı, Ümumdünya Ticarət Təşkilatı bütün üzv ölkələrdə güzəştsiz baza iqtisadiyyatı şəraitinin yaradılmasına çalışır və AİZ-ın yaradılmasının əleyhinə çıxış edir.
Azərbaycan hökuməti isə İKT sektorunda xüsusi iqtisadi zona yaratmaqla respublikanı regional İT mərkəzinə çevirmək, bu sahədə liderliyə yiyələnmək, ölkənin ixrac potensialını genişləndirmək, daxili bazara aparıcı xarici şirkətləri cəlb etmək niyyətindədir.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə «APA-Economics»ə açıqlamasında bildirib ki, Azərbaycan AİZ-in yaradılması layihəsi çərçivəsində müxtəlif ölkələrin bu sahədəki pozitiv və neqativ təcrübəsini təhlil edərək, fərdi bir layihənin icrasına nail olmaq fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR