Bank Of Baku

«Panasonic» dünyanın ən nazik plazma televizorunu hazırlayıb

«Panasonic» dünyanın ən nazik plazma televizorunu hazırlayıb
# 15 yanvar 2009 12:33 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Yaponiyanın «Panasonic» şirkəti super-nazik plazma televizorunun (Z1 seriyası) prototipini geniş ictimaiyyətə təqdim edib. Diaqonalı 54 düym olan televizorun qalınlığı cəmi 8,8 mm təşkil edir.
«APA-Economics»in məlumatına görə, bu prototipin əsasında «Panasonic Viera» brendi ilə yaradılmış televizorlar isə bazara artıq bu ilin iyulunda çıxarılacaq. Bu televizorun qalınlığı 25,4 mm-dir.
Z1 seriyalı plazma televizorlarının flaqman modellərinin rənglərinin kontrastı 40 000:1 səviyyəsindədir, onlar 1080p həllinə və bir sıra proqressiv imkanlara, o cümlədən simsiz rabitə və «sifarişlə video» onlayn servisinə malikdir.
Z1 seriyalı televizorların qiyməti haqqında isə hələ dəqiq məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR