Bank Of Baku

«Peugeot 3008» avtomobil modeli bu il kütləvi satışa çıxarılacaq - FOTO

«Peugeot 3008» avtomobil modeli bu il kütləvi satışa çıxarılacaq - <font color=red>FOTO</font>
# 15 yanvar 2009 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fransanın «Peugeot» avtomobil şirkəti «Peugeot 3008» yeni krossover modelinin ilk rəsmi şəkillərini dərc edib.
«APA-Economics»in məlumatına görə, yeni modelin rəsmi nümayişi bu ilin mart ayında Cenevrədə (İsveçrə) keçiriləcək beynəlxalq avtomobil sərgisində təşkil olunacaq. Avtomobil artıq 2009-cu ilin ilk yarısında dünya avtomobil bazarına satışa çıxarılacaq.
Yeni «Peugeot 3008» modeli Yaponiya istehsalı olan «Nissan Qashqai» avtomobili ilə rəqabət aparacaq. Belə ki, hər iki modelin parametrləri demək olar oxşardır.
Yeni «Peugeot 3008» modeli 1,6 litr və 2,0 litr həcmində olan dizel mühərriklərlə (110-240 at gücü) təchiz olunacaq ki, 1,6 litrlik mühərrik 100 km məsafəyə cəmi 4,9 litr yanacaq sərf edəcək. Bundan başqa, yeni model 1,6 litr həcmli (150 at gücü) benzin mühərriki ilə də təchiz olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR