Bank Of Baku

Azərbaycan bu il «Belarus» traktorlarının istehsalını 21% artıracaq

Azərbaycan bu il «Belarus» traktorlarının istehsalını 21% artıracaq
# 15 yanvar 2009 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Gəncə Avtomobil Zavodunda (GəncAZ) 2008-ci il ərzində müxtəlif modeldə 481 ədəd «Belarus» markalı traktor istehsal edilib ki, bu da 2007-ci illə müqayisədə 13% çoxdur. Bu barədə «APA-Economics»ə GəncAZ-ın direktorunun birinci müavini Kamran Nəzərov məlumat verib.
K.Nəzərovun sözlərinə görə, hesabat dövründə zavodda 8 ədəd traktora qoşulan araba, 2 ədəd «DEM-114» ekskavotoru, 4 ədəd zibil yığan avtomobili və 70 ədəd «MAZ 642508» tipli yük avtomobili istehsal olunub: «Ötən il ərzində istehsal olunan traktorların 430-u müqavilə əsasında «Aqrolizinq» ASC-yə təhvil verilib. Traktorların digər 51 ədədi isə özəl şirkət və sahibkarlara satılıb».
Bundan başqa, ötən il 74 ədəd «UAZ» markalı avtomobilin müxtəlif modelləri və 9 ədəd ağır tonnajlı «MAZ» avtomaşını yığılıb.
Bu il ərzində isə zavod 570 ədəd «Belarus» tipli traktor istehsal etməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə 21% çoxdur.
Qeyd edək ki, 2007-ci il ərzində GəncAZ-da «Belarus» traktorlarının 6 modeli üzrə 426 traktor yığılıb. Bunların 377-ni «Aqrolizinq» ASC, qalan hissəsini isə özəl şirkət və fiziki şəxslər alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR