Bank Of Baku

Bakı Metropoliteninin stansiyalarında bütün reklam monitorları yığışdırılıb

Bakı Metropoliteninin stansiyalarında bütün reklam monitorları yığışdırılıb
# 15 yanvar 2009 13:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı Metropoliteninin stansiyalarındakı reklam monitorları tam şəkildə yığışdırılıb. Bu barədə «APA-Economics»ə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
T.Əhmədovun sözlərinə görə, reklam monitorları səmərəli olmayıb: «Metropolitendə görüntülü reklam verən sifarişçilər olmadığından, monitorların yığışdırılması barədə qərar qəbul olunub. Artıq bütün stansiyalardan monitorlar götürülüb».
Monitorları «Globus İnternational» şirkəti «Joint Leasing» şirkətindən lizinqə götürüb. Monitorlar Bakı Metropoliteninin bütün stansiyalarında quraşdırılsa da, bir müddət reklam verən olmadığından burada xarici musiqi klipləri və cizgi filmləri yayımlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR