Bank Of Baku

Azərbaycan paytaxtında inşa olunan beynəlxalq avtovağzal kompleksinin ərazisində iki ildən sonra metro stansiyası açılacaq

Azərbaycan paytaxtında inşa olunan beynəlxalq avtovağzal kompleksinin ərazisində iki ildən sonra metro stansiyası açılacaq
# 15 yanvar 2009 13:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin ərazisində inşası nəzərdə tutulan metro stansiyasının 2011-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
Artıq bu gündən «Memar Əcəmi» stansiyasından həmin istiqamətdə metro tunelinin çəkiləcəyi ərazilərin müəyyənləşdirilməsinə başlanılıb.
T.Əhmədovun sözlərinə görə, «Memar Əcəmi» stansiyasından «Cavad Xan» stansiyasına keçid olacaq. Şərti olaraq müvəqqəti «Avtovağzal» adlanan stansiyaya sərnişinlər «Cavad Xan» stansiyasına keçməklə gedəcəklər.
«Bu ilin sonuna «Azadlıq» stansiyası istismara veriləcək. Artıq «Azadlıq» stansiyasının davamı olan «Müşfiq» stansiyasına tunelin tikintisinə hazırlıq görülür», - deyə Metropoliten rəisi vurğulayıb.
T.Əhmədov «Müşfiq» stansiyasının 2010-cu ildə istismara verilməsinin nəzərdə tutulduğunu bildirib.
Bakı şəhər İcra Hakimiyyəti 2008-ci il dekabrın 27-də «Müşfiq», «Cavad Xan» və «Avtovağzal» stansiyalarının inşası üçün müvafiq ərazinin ayrılmasına dair sərəncam imzalayıb.
Qeyd edək ki, Bakı Metropoliteni 1967-ci ildə istismara verilib və hazırda 21 stansiya və 1 depodan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR