Bank Of Baku

Bu ilin oktyabr ayına kimi Azərbaycanda elektron imzanın tətbiqinə başlanılacaq

Bu ilin oktyabr ayına kimi Azərbaycanda elektron imzanın tətbiqinə başlanılacaq
# 15 yanvar 2009 14:43 (UTC +04:00)
Bakı. Anur Vəliyeva – APA-Economics. Azərbaycanda «Elektron imzanın tətbiqi üzrə Milli Açıq Açar İnfrastrukturunun yaradılması Layihəsi» çərçivəsində «Azerin» İT şirkəti lazımi avadanlığın quraşdırılması və instalyasiyası ilə bağlı işləri bu ilin birinci yarısında tam başa çatdıracaq. «Azerin» şirkətinin müdiri Qalib Qurbanovun «APA-Economics»ə verdiyi məlumata görə, bununla paralel texniki sənədlər hazırlanacaq.
Layihə çərçivəsində «Cisco» və HP şirkətlərinin istehsalı olan müasir, yüksək texnoloji avadanlıq və maksimal təhlükəsizlik təmin edən unikal proqram təminatı tətbiq edilir.
Qeyd edək ki, «Microsoft», «Ultra Computers» və «Azerin» şirkətlərinin iştirakı ilə yaradılmış konsorsium elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun yaradılmasını bu ilin oktyabr ayına kimi başa çatdırmağı planlaşdırır. Layihə yekunlaşandan sonra ölkənin hər bir vətəndaşı, fiziki və hüquqi şəxslər xüsusi kart alaraq sənədləri elektron üsulla imzalamaq imkanı əldə edəcəklər.
Mart ayında isə konsorsium layihənin pilot mərhələsini yekunlaşdırmağı nəzərdə tutur. Layihənin pilot mərhələsində sistemin ilk imkanları nümayiş etdiriləcək və elektron-rəqəmli imzalı ilk kart nümunələri təqdim olunacaq.
Qeyd edək ki, bu ilin sonuna kimi layihə çərçivəsində həmçinin Milli Sertifikat Xidməti Mərkəzinin formalaşdırılması başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR